İki gün əvvəl həbsdən çıxan Ayşe Barım yenidən həbs edildi

Həbsdən iki gün əvvəl çıxan məşhur menecer Ayşe Barımın yenidən tutulmasına qərar verilib.
BAKU.WS xəbər verir ki, onun haqqında məhkəmənin verdiyi qərar prokurorluğun etirazı üzrə yenidən dəyərləndirilib.
İstanbul 26. Ağır Cəza Məhkəməsi, prokurorluğun təxliyyə qərarına etirazını üst instansiya məhkəməsi olan İstanbul 27. Ağır Cəza Məhkəməsinə göndərib.
Etiraz haqlı hesab edilib. Menecerin yenidən həbsi barədə qərar verilib.
Haqqında qərar qəbul edilən Ayşe Barım həmin vaxt xəstəxanada həkim müayinəsində olub. Polislər təlimat üzrə Nişantaşındakı Vehbi Koç Vəqfi Amerikan Xəstəxanasına gediblər.
Xatırladaq ki, iki gün əvvəl ev dustaqlığı və ölkədən çıxışına qadağa qoyulması şəklində məhkəmə nəzarəti tədbiri şərti ilə azadlığa buraxılıb.
Ayşe Barımın 22 il 6 aydan 30 ilə qədər həbsi tələb edilirdi.
Xatırladaq ki, Ayşe Barım Taksimdəki "Gezi Parkı" hadisələrini planlaşdıranlardan biri olduğu iddiası ilə "Türkiyə Respublikası hökumətini devirməyə təşəbbüsə yardım" ittihamı üzrə yanvarın 28-də həbs edilib.
Oxşar xəbərlər
Rəvan Qarayev üçüncü dəfə ailə qurub? - AÇIQLAMA
Müğənni Rəvan Qarayev üçüncü dəfə ailə qurması ilə bağlı yayılan iddialara aydınlıq gətirib. BAKU.WS xəbər verir ki, "Öz aramızda" verilişinə dəvət olunan sənət...
