Gözəl kimə deyilir? – Dünya ölkələrinin 18 əsas meyarı
04
apr
2019
09:22
“Azərbaycan gözəli 2019” müsabiqəsinin qalib qızlarının fotoları sosial şəbəkələrdə paylaşılıb və tənqid olunub. Bəs gözəllik meyarları hansılardır? Kimə hansı kriteriyalara görə gözəl demək olar?BAKU.WS oxu.az-a istinadən planetin müxtəlif ölkələrində insanların gözəllik hesab etdikləri kriteriyaları təqdim edir:Fransa – təbiilikFransada təbii gözəlliyə üstünlük verilir. Minumum makiyaj və hava feni ilə ukladka olunmuş, azca qaldırılmış saç, təkrarolunmaz stil, sərbəst zəriflik – qadın gözəlliyinə franssızsayağı yanaşmadır.Avstraliya – atletik bədən quruluşuAvstraliyada gözəllik standartına ümumi yanaşma atletik bədən quruluşudur. Asiyadan fərqli olaraq, “zaqar” mütləqdir. Bu, ölkədə çoxlu dəniz və adaların olma səbəbi ilə izah edilir.Polşa – formada olmaq və şirin simaPolşada hündürboy, düzgün bədən quruluşu, simmetrik üz cizgiləri və uzun saçlara sahib olmaq mütləqdir.İsveç – şimal obrazıİsveç mavi gözlü, sarışın, gözəçarpan üz ovalı olan qızlarla tanınır. Bu, şimal qadınlarının gözəllik etalonudur. Gözəlliklə yanaşı stil də vacibdir, eksklyuziv bahalı, parlaq olmayan rənglərdən ibarət geyim və eyni cür makiyaj dəbdədir.Cənubi Koreya – açıq baxış və parlaq dəriBöyük dairəvi gözlər və solğun dəri Cənubi Koreyada əsas gözəllik etalonudur. Buna görə qızlar hətta uşaq yaşlarında bıçaq altına girməyə razıdırlar.Bundan əlavə, Asiya bazarında vizual olaraq üz quruluşunun dairəviliyini, dodaqların dolğusunu, gözlər arasındakı məsafəni dəyişən məhsullar çoxdur.İran – düzgün burun quruluşuGeyimdəki ciddi qayda-qanunlara baxmayaraq, İran qadınlarının da gözəllik etalonu var. Onlar üçün gözəl üz cizgiləri daha önəmlidir. Buna görə də onlar qaş və göz gözəlliklərinə diqqət edirlər. Düzgün formalı burun İranda varlılıq statusu mənasını verir.ABŞ – hər şeyin “ən”iAmerika fərqli mədəniyyətləri özündə birləşdirdiyi üçün orada yaşayan bütün kişilərin zövqünə uyğun qadın seçmək asan deyil. O, arıq yaxud da kilolu, uzun və ya qısa saçlı, tünd ya da açıq dərili qadın ola bilər. Düzgün və səliqəli istifadə olunubsa, parlaq makiyaj da bəyənilir.Braziliya – model görünüşüBraziliyada cazibədarlıq etalonu – atletik, “zaqar”lı bədənli, açıq saçlı, gözəl gözləri olan qızlardır. Formada olmaq üçün onlar demək olar hər gün manikür, masaj edirlər. Braziliya qızlarının çoxu jurnaldan kadr kimi görünür.Pakistan – təbii “Ağbəniz”Pakistanda gözəl qadınlar sayca çoxdur. Gözəllik standartları isə – açıqrəngli dəri, uzun, tünd saçlar, açıq rəngli gözlərdir.Tailand – miniatürluqTailandda da açıq rəngli dərilər dəbdir. Bu, cəmiyyətdə yüksək statusa malik olmağı göstərir. Buna görə də qızların çoxu xüsusi ağardan kremlərdən istifadə edir, plastik cərrahlara müraciət edirlər. Həm də Tailandda qızların miniatür olması önəmlidir.Danimarka – Barbi qızİsveç kimi, Danimarkada da gözəllik idealı açıqrəngli qızlardır. Orada sadəliyə üstünlük verilsə də, “smokey-eyes” da bəyənilir.Malayziya – kölgə rəngli dəriMalayziyada dərinin rəngi nə qədər açıq olsa, bir o qədər bəyənilir. Simanın rənginin də kölgəli ağ olmağı üstünlükdür. Bundan başqa arıqlıq və düzgün formada olmaq vacibdir.Serbiya – ciddi standartlarSerbiyada gözəlliyin dəqiq standartları var: zeytun rəngli üz, dolğun dodaqlar, xırda burun, iri açıqrəngli gözlər, çox arıq və bilinən üz ovalı.Rusiya – ağ üz, tünd qaşRusiyalı qızları digər xaricilərdən fərqləndirən yeganə cəhət – xaraktercə sadə və təbii olmalarıdır. Xarici görünüşdə isə açıqrəngli, qəhvəyi və ya şabalıdı saçlar, açıqrəngli gözlər (boz, açıq-yaşıl, mavi), açıqrəngli dəri, düzgün üz cizgiləri, dairəvi formalı üz bəyənilir.İspaniya – hissiyyatİspansayağı gözəllik – geyimdə və davranışlarda açıqlıq və hissiyatdır. Tünd dəri, tünd rəngli gözlər İspaniyada gözəllik atributlarındandır. Və əlbəttə ki, rəqslər. Burada istənilən ispan qız rəqs etməyi bacarmalıdır.Böyük Britaniya – məhdudlaşdırılmaİngilis gözəlliyi məhdudlaşdırılmış və aristokratdır. Minimum makiyaj, rahat geyim, ayaqqabı, incəlik, çilli solğun üz. Britaniyalılar qocalmaqdan qorxmurlar, qırışlar gözəllik və yetkinlik sayılır.Almaniya – mühafizəkarlıqAlmaniyada qadınlar idman stilli və hər şeylə münasibətdə çətinlik sevəndirlər. Orada ideal sadədir – mavi gözlər, açıqrəngli saçlar. Onların fenomen olmuş nizam-intizamları vacib olan atletik formaya düşməklərinə kömək olur. Parlaq makiyaj o qədər də sevilmir.Hindistan – ürək və bədənin harmoniyasıHindistanda ürək və bədənin harmoniyası qiymətləndilir. Buna görə də yoqa, təbii kosmetika və düzgün qidalanmaya üstünlük verilir.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanlı gözəl çimərlikdəki rəqsi ilə sosial şəbəkəni “partlatdı” - VİDEO
"Miss Ukrayna-2015” gözəllik müsabiqəsinin vitse-gözəli, azərbaycanlı gözəl Fəridə İbrahimova şəxsi "Instagram" hesabında yeni video paylaşıb. BAKU.WS xəbər ver...