Canlı yayımda qadınlar arasında biabırçılıq (VİDEO)
Türkiyədə evlilik proqramında gözlənilməz hadisə baş verib.
BAKU.WS-in məlumatına görə, proqramda Özer adlı şəxs və Hənifə xanım ilk dəfə görüşərək evlənmək barədə danışıb. Bu zaman studiyada əyləşən Çiydem adlı xanımın söylədiyi sözlər vəziyyəti gərginləşdirib.
Belə ki, Çiydem cütlüyün danışdığı zaman araya girərək Özer bəyi gözləyəcəyini deyib. Bu sözdən sonra Hanifə xanım əsəbiləşərək ayağa durub və Çiydəmin üzərinə yeriyib. Qadını qolundan tutaraq Özer bəyin yanına gətirən Hanifə xanım "al sənin olsun" deyərək studiyanı tərk edib.
Seda Sayan və Uğur Aslanın "Star TV"də təqdim etdiyi "Evlən Mənimlə" izdivac proqramında baş verən bu hadisə hər kəsi heyrətləndirib.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda oğlan qızı qaçıraraq 17 gün zorladı
Bakının Xəzər rayonunda daha bir şok olay yaşanıb. BAKU.WS-in vesti.az saytına istinadən verdiyi məlumata görə, rayonun Binə qəsəbəsində 18 yaşlı qız 21 sentya...