Azər Aydəmir: "Ən böyük qorxum həyatdan "Şurik" kimi getməkdir"
28
dek
2025
09:41
"Ən qorxduğum şey həyatdan "Şurik" kimi getməkdir. Bir rolun qurbanı olmaq".
BAKU.WS axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aktyor Azər Aydəmir "Efirdən kənar" verilişində deyib. O, bir aktyor kimi qorxusundan söz açıb:
"Bu, çox acınacaqlı və kədərli bir haldır. Psixologiyamın güclü olduğunu düşünürəm. Amma belə bir şey olarsa, qorxuram ki, buna dözə bilmərəm.
Məni "Əqrəb mövsümü" serialı ilə tanıyıb seviblər. İnşallah, bu, ənənə olaraq davam edəcək. Çox istərdim ki, bu ekran işi Azərbaycanın "Ceyms Bond"u", "Qeyri-mümkün missiya"sı kimi bir franşizaya çevrilsin".
Oxşar xəbərlər
Alla Puqaçova "Kristina" brendinə dair hüquqlarını itirib
Rusiyanı tərk edən məşhur müğənni Alla Puqaçova 1997-ci ildən bəri sahib olduğu "Kristina" ticarət nişanı üzərində hüquqlarını itirib. BAKU.WS xəbər verir ki, b...