Ayşe Barım barəsindəki həbs qətimkan tədbiri ləğv edildi
Türkiyəli məşhur menecer Ayşe Barım barəsindəki həbs qətimkan tədbiri ləğv edilib.
BAKU.WS xəbər verir ki, İstanbul 27-ci Ağır Cinayətlər Məhkəməsi, onun səhhətinin həbsxanada qalmasına uyğun olmadığını əsas gətirərək həbs qərarını ləğv edib.
Barımın həkim nəzarətində müalicəsini davam etdirməsinin vacib olduğu qeyd edilib.
Belə olan halda Barım üçün tətbiq olunan "ərazini tərk etməmə" və "xaricə çıxış qadağası" kimi nəzarət tədbirləri kifayət edir.
Xatırladaq ki, Ayşe sonuncu dəfə bu il oktyabrın 3-də həbs edilib. O oktyabrən 1-də isə azadlığa buraxılmışdı.
Ayşe Barım Taksimdəki "Gezi Parkı" hadisələrini planlaşdıranlardan biri olduğu iddiası ilə "Türkiyə Respublikası hökumətini devirməyə təşəbbüsə yardım" ittihamı üzrə yanvarın 28-də həbs edilib.
Oxşar xəbərlər
"Nazlanma"nın müəllifindən Vasif və Vəfaya: "Bunlar nə cür müğənnidir?"
Məşhur "Nazlanma" mahnısının müəllifi, Cənubi azərbaycanlı müğənni Mənsur Daneşvar Əməkdar artist Vasif Məhərrəmli və həmkarı Vəfa Şərifovadan şikayətlənib. BAK...