SİZİN REKLAM BURADA!
055 213 76 73


ARB TV-nin “Hüseynova bacıları” verilişinin növbəti qonağı aktyor Nicat Kazımov olub.

BAKU.WS-in məlumatına görə, aktyor ayağının necə iflic olmasından danışdı:

“Biz sənət adamları ev adamı deyilik. Bizim işimiz ancaq səhnələrdə, məşqlərdə, tədbirlərdə keçir. Bir müddət evdə olduq və nə yaxşı ki, belə oldu. Karantinin ən vacib şərtlərindən biri isə evdə qalmaq idi. Evdə qala bilməyən üçün isə evdə qalmaq çox çətindir.

Bir tərəfdən də bütün dərslər onlayn sistemdə keçirilir. Bütün bunlar insana əsəb gətirir və bir az da evdə bekar qalırsan. Mən də başladım karantində yer belləyib, ağac əkməyə. Sonra isə qayınatamgilin bağında şitil əkdim.

Ayağımın üstündə çox oturdum və dizdən aşağı iflic oldu. Əvvəl yeriyə bilmirdim, şükür ki, müalicə ilə yaxşıyam”.

BAKU.WS
VİDEO