SİZİN REKLAM BURADA!
055 213 76 73


ARB TV-nin “Ona qalsa” verilişində müğənni Afət Fərmanqızının maraqlı video müsahibəsi nümayiş olunub.

Müğənni yaşlı xalq artistlərinin onu qısqanmasından danışıb:

“Xoşbəxt bəndəyəm ki, atdığım addımlar yaşlı-yaşlı xalq artistləri tərəfindən qısqanclıqla qarşılanır. İnsanlarımız görür ki, Afət Gəncədən Lənkərana, Lənkərandan Moskvaya və digər yerlərə toya gedir, qısqanırlar. Elə olub ki, 4 gün yatmamışam”.

Afət Fərmanqızı müğənni Əli Mirəliyevin onu tənqid etməsinə münasibət bildirib:

“İndi Əli Mirəliyev deyəcək ki, mən də hər gün toy oxumuşam. Əli müəllim, sizin dönəminizdə hər şey başqa idi. Tutaq ki, sizin dönəminizdə ən bahalı maşın “Vaz 21-07” və yaxud da “Volqa” idi. Bu gün zaman dəyişib.

Demokratik və gözəl ölkədə yaşayırıq. Xalqın istəyi ilə gedib onların toyunu oxuyuram. Zorla camaatın toyuna necə gedim oxuyum? Mənim saçıma, makiyajıma verdiyim qonorara gedirlər yarım saat oxuyurlar. Onda da paxıllıq yaranır”.

BAKU.WS
VİDEO