SİZİN REKLAM BURADA!
055 213 76 73


Müğənni Günay Əzimova yol-nəqliyyat hadisəsində vəfat edən və dünən torpağa tapşırılan rəfiqəsi Banu ilə bağlı ürəkdağlayan paylaşımları ilə diqqət çəkib.

BAKU.WS xəbər verir ki, ifaçı yaxın rəfiqəsilə bərabər videolarını paylaşaraq bu sözləri yazıb:

Niyə məni belə bərk-bərk bağrına sıxırdın? Niyə "Nəfəsimsən, ay Gülü" deyirdin? Ölümündən bir gün əvvəl "Gülü, məni qucaqla, uşaq kimi yatım" dedin. O başını qoyub yatdığın ürəyimə niyə dağ çəkdin?
İki gündür, səsini eşidə bilmirəm. Baş verənlər, bu yaşananlar, başsağlıqları mənə yuxu kimi gəlir. Oyanan kimi birinci mənə yazırdın, indi isə nə səsin gəlir, nə də zəngin...

Məni necə tək qoyub gedə bildin? Mən sənə qarşı heç vaxt belə etibarsız olmadım axı. Mənə deyirdin ki, sən mənim hər şeyimsən, məni tək qoyma. Bəs özün məni necə tək qoyub getdin?

Kaş əlin-ayağın olmazdı, amma yaşayaydın. Sənə bir ömür boyu baxardım, bezməzdim. Təki o gülüşün mənimlə olardı. Axı məni tək qoydun?

Mənim nə hisslər keçirdiyimi kimsə anlaya bilməz... Hara baxıram, səni görürəm. Hər yanım sən qoxursan, hər yer sənin simandır..."

Xatırladaq ki, səhnə təxəllüsü Banu olan Müşərrəf Zeynalova dünən gecə saatlarında Bakının Binəqədi rayonu Azadlıq prospektində baş verən yol-nəqliyyat hadisəsində zamanı vəfat edib. Müğənni yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçərkən “Opel” markalı minik avtomobili onu vurub. Yaralı aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Rəfiqəsinin sözlərinə görə, Müşərrəf yolu keçərkən telefonla danışırmış. Bu səbəbdən avtomobilin gəldiyindən xəbər tutmayıb və bu kiçik səhvi həyatını əlindən alıb. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

32 yaşlı ifaçı dünən Şamaxıda, anasının məzarının yanında torpağa tapşırılıb.

Aysel
BAKU.WS
VİDEO