SİZİN REKLAM BURADA!
055 213 76 73


Mərhum Xalq artisti Yaşar Nuriyev qohumları ilə soyuq münasibətdə olub.

BAKU.WS xəbər verir ki, bu barədə Xəzər TV-də yayımlanan “5/5” verilişində danışılıb.

Aparıcı mərhum Xalq artistinin bacısı oğlanları Rüfət Axundova və aktyor Nicat Rəhimova belə bir sual ünvanlayıb:

"Yaşar Nuri sağ ikən gediş-gəlişiniz var idi. Dünyasını dəyişəndən sonra soyuqluq oldu. Rəhimə xanımla (Yaşar Nurinin xanımı) soyuqluq ola bilər, amma sizin orada iki dayınız qızı var. Hətta Yaşar müəllimin qızı Ülkər də dedi ki, atası öləndən sonra gedib-gələn yoxdur. Rüfət bizimlə maraqlanmır. Niyə belə oldu? Bunu açıqlaya bilərsənmi"?

R.Axundov dayısının sağlığında da soyuq münasibətdə olduqlarını gizlətməyib:

“Açıqlamalı bir şey yoxdur, ömür boyu bizim soyuqluğumuz olub. Yaşar Nuri işgüzar adam idi, başını qaşımağa vaxtı olmurdu. İndi də hərəsinin öz evi var. Rəhimə xanım 4-5 ay öncə bizə gəlmişdi, amma biz getmirik. Toylarda, şənliklərdə görüşürük. Həmişə ağsaqqallıq edib. İndi də hərəsinin öz ailəsi var. Haçan lazım olar, gedərik”.

Rüfət “Ülkər deyir ki, Rüfət mənimlə duet oxumur, toya aparmır” sözlərinə isə belə reaksiya verib:

“Yaşar müəllim Nicata da, mənə də deyib ki, istedadınız yoxdursa, sizə necə kömək edə bilərəm? İstedadı varsa, bir yerdən çıxacaq. Ona necə yol göstərə bilərəm ki? Mənə yol göstərən olmayıb. Kadrarxası bəzi şeyləri danışaram. Efir üçün deyil. Kişi kimi danışsam, səmimiyyətimi anlayacaqsan”.

N.Rəhimov isə “Soyuqluq bütün ailələr arasında olur. Münasibətimiz var, Ülkərlə, Rəhimə xanımla (Yaşar Nurinin həyat yoldaşı - red.) telefonla, “Whatsapp”la danışırıq”, - deyə bildirib.

BAKU.WS
VİDEO