SİZİN REKLAM BURADA!
055 213 76 73


Müğənni Ayan Babakişiyevanın mediadan gizlətdiyi daha bir övladı var? Dünən yayılan videonu görən hər kəsi bu sual düşündürür.

BAKU.WS xəbər verir ki, ifaçının "İnstagram" hesabında izləyicilərilə bölüşdüyü görüntülərdə qucağında körpə oğlan uşağı görürük.

Babakişiyeva görüntülərin altına yazılan "Əlində-ovcunda qalsın. İnşallah toyuna gələk" şərhinə "Amin" cavabını yazıb.

Bu dialoqdan sonra digər izləyicilər müğənninin daha bir övladının varlığından xəbərsiz olduqlarını yazıblar.

Xatırladaq ki, A.Babakişiyevanın Selena adında 6 yaşlı qızı var.

 

Aysel
BAKU.WS
VİDEO