SİZİN REKLAM BURADA!
055 213 76 73


Bir neçə gün əvvəl "İnstagram"da paylaşdığı rəqsinə görə tənqidlərə tuş gələn Səidə Sultan dünya ulduzları Cennifer Lopezlə Şakiraya tərif yağdıran azərbaycanlıları təhqir edib.

BAKU.WS xəbər verir ki, Səidə açıq-saçıq geyiminə görə onu tənqid atəşinə tutanlara qəzəbini belə bildirib:

"Bir-iki gün əvvəl bütün saytlar bunları paylaşdı. Hamınız bir ağızdan "ayala, bunlar üçün ölürük" yazdınız. Özünüzünkü edəndə az qala öləsiniz. Hələ biz onların etdiklərin etmirik. Sizi qınamıram, biz öyrəşmişik onun bunun g....ə girməyi. Özümüzə çatanda isə özümüzünkünü əyirik, alçaltmağa çalışırıq.

Ey abırdan danışan qorxaq toplum, mənə bax. Səidə belə geyinib, geyinəcək də. Hələ sizi bunlardan artıq partladıb dağ qoyacam. Məsəli məni sevənlərdən uzaq, qorxaq, yalaq toplum, sizə nifrət edirəm! Belə dil qəhrəmanısınız, əməlinizlə nəsə sübut edin. Siz toplum olaraq bu Azərbaycan üçün hansı gücü göstərmisiniz? Heç bir şey! Qorxaqlar, hələ bir metr yarım uzatmağa diliniz də var. Gücünüz ömür boyu zəifə çatıb. Müsəlmanlıqdan danışırsınız. Siz müsəlman olaraq neyləmisiniz? Heç bir şey! Hər kəs öz əməlinə görə Allah qarşısında cavab verəcək! Mənə görə narahat olmayın!"

Xatırladaq ki, dünya ulduzları Cennifer Lopez və Şakira fevralın 2-də “Super Bowl” Amerikan futbol çempionatının Mayamidə baş tutan açılışında təşkil olunan gecəyə performansları ilə damğa vurublar. Səhnəyə qırmızı açıq-saçıq libasda çıxan kolumbiyalı Şakira ifası ilə yanaşı rəqsi ilə də tamaşaçıları heyran edib. Onun ardından səhnəyə qara dəridən hazırlanmış geyimi ilə Cennifer Lopez təşrif buyurub, hit mahnılarını ifa edib. Bundan əlavə, o, geyimini dəyişərək “Hustlers” filmindəki striptiz şousunu sərgiləyib. Gecənin sonunda Lopez və Şakira bir araya gələrək mahnı ifa ediblər.

Aysel
BAKU.WS
VİDEO