Dörd uşaq anası Roza Zərgərli ilk dəfə nəvəsini efirdə göstərib.

BAKU.WS xəbər verir ki, "ATV Maqazin Onlarla" proqramının "33 sual" rubrikası Zərgərlinin evində qonaq olub.

Qapını çəkiliş qrupuna balaca Sofiya açıb. Sofiya sənətçinin övladlığa götürdüyü Natəvanın kiçik qızıdır.Xatırladaq ki, hazırda Roza Zərgərlinin dörd övladı var. Doğma övladı Bənövşə Allahverdiyeva ilk evliliyindəndir. 5 il davam edən bu izdivacdan müğənninin əkiz övladı doğulub. Bənövşə və bir oğlan. Oğlan rəhmətə gedib.

Ifaçının ikinci evliliyi 16 ildir davam edir. Bu evlilikdən uşağı olmayıb. Cütlük üç uşaq övladlığa götürüb. 14 yaşında övladlığa götürdüyü böyük qızı Natəvanın 27 yaşı var. Onun iki qızı var. Yəni Roza Zərgərlinin iki nəvəsi var. Natəvan və Corc-Jerar Qafarovlar qardaşdırlar.

Aysel
BAKU.WS
VİDEO