SİZİN REKLAM BURADA!
055 213 76 73


Xalq artisti Afaq Bəşirqızı İTV-də yayımlanan "3D" verilişinin qonağı olub. 

BAKU.WS xəbər verir ki, aktrisa Dadaş Dadaşlinskinin suallarını cavablandırarkən yerli telekanallarda baş verən rüsvayçı məqamlara toxunub:

"Bilməmiş olmazsız, kanallarda hansı bayağı verilişlər, hansı biabırçılıqlar, hansı əttökən mövzular qoyulur. Bu heç bir millətə sığmır. Nə qərb aləminə, nə də şərq aləminə. Belə bir mentalitet heç bir millətdə yoxdur, deyək ki, biz filankəslərə oxşamışıq. 

Niyə görə, məhz bəs bu sahədə qərb ölkələri ilə özlərini müqayisə edirlər. Hətta bizim bəzi müğənnilərimiz, bəzi aktrisalarımız soyunmağı sənətdən üstün tutur. Üzr istəyirəm, efirlərdə məşuqunun adını çəkməyi, hətta titulu da saymağı namusdan-ardan yüksək tuturlar".

Xalq artisti baş verənlərdə telekanal rəhbərliklərini günahlandırıb: "Günah onları efirə çıxaranlardadır". 

Zülfiyyə Qurbanova
BAKU.WS
VİDEO