SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Müğənni Xatun şəxsi həyatı ilə bağlı açıqlama verib.

BAKU.WS gecce.az-a istinadən xəbər verir ki, "Evdəkilərə salam" verilişinin heyətini yeni mənzilində qarşılayan müğənni öncə əl qabiliyyətini göstərib.

Mətbəxə keçən Xatun qonaqları üçün bir-birindən dadlı təamlar hazırlayıb. Daha sonra onun aksessuarları, qarderobu ekranlaşdırılıb. Sənət dostu Niyam Salamini çəkiliş üçün evində qonaq edən Xatun parodiyalarını da unutmayıb. Əsas parodiya etdiyi xalq artisti Aygün Kazımova olub. 

Verilişin ən maraqlı məqamı Xatunun şəxsi həyatı ilə bağlı açılaması olub. Bəlli olub ki, yeni mənzili Xatuna sevgilisi hədiyyə edib. Barmağında tək qaş nişan üzüyünü gizlətməyən Xatun sevib-sevildiyini etiraf edib. Artıq sözlü sayılan sənətçinin ailə həyatı qurmağa hazırlaşdığını demək olar.

BAKU.WS