SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən il fevralın 23-də ailə həyatı quran aktyor Elşən Orucovun həyat yoldaşından ayrılması ilə bağlı xəbərlər yayılıb. Deyilənə görə, “Fəlakət” obrazı ilə məşhurlaşan sənətçi xanımı İlahə ilə bir müddətdir ayrı yaşayır. 2018-ci ilin dekabrında valideyn olan Elşən və İlahənin rəsmi boşanması barədə heç bir məlumat yoxdur.

BAKU.WS
xəbər verir ki, "Fəlakət" kimi məşhur olan aktyor Elşən Orucov ailəsinin dağılması ilə bağlı xəbərləri təkzib edib və belə bir xəbərin yayılmasında jurnalistləri ittiham edib:

"Əziz jurnalistlər, məlumatı yazanda dəqiqləşdirin, sonra yazın. Boş-boş reytinq dalınca qaçıb özünüzü göstərməyin. Yadınıza salın ki, sizin də ailəniz var".

Xatırladaq ki, Elşən BAKU.WS-ə açıqlamasında da ailəsinin dağılmadığını bildirib: "Yalan xəbərdir! Elə şey yoxdur. Bilmirəm bu şayiəni kim yayıb. Yuxudan indi ayılmışam. Telefondakı zəngləri, mesajları görüb təəccübləndim".

Zülfiyyə Qurbanova
BAKU.WS
QALEREYA