SİZİN REKLAM BURADA!
055 213 76 73



Son günlər arxiv şəkillərini paylaşan müğənni Təranə Qumral bu addımı ilə bir çox həmkarlarının keçmişini xatırladıb.

BAKU.WS
 xəbər verir ki, düşmən münasibətdə olduğu həmkarları Nazənin və Könül Kərimova ilə illər öncə çəkilmiş fotolarını paylaşan Təranə xanım bu dəfə mərhum sənətkar Məmmədbağır Bağırzadə, aktrisa Məletkə Əsədova, muğam ifaçısı Zabit Nəbizadə, müğənnilər Rəqsanə, Röya, Nuri Sərinləndirici, Namiq Qaraçuxurlu və bir neçə ifaçılarının yer aldığı fotoşəkilləri "İnstagram" izləyicilərinin ixtiyarına buraxıb.

Daha çox müzakirəyə səbəb olan foto Rəqsanə İsmayılova ilə bərabər çəkilmiş foto olub. Dəfələrlə plastik və cərrahi əməliyyatlar keçirən Rəqsanənin inanılmaz dərəcədə dəyişməsi diqqətdən yayınmayıb.

Fotonun altına xoşagəlməz sözlər yazıldığından Təranə Qumral şərh bölümünü bağlamağa məcbur qalıb.
 
Təranə Qumralın sözügedən arxiv fotolarını təqdim edirik:

Aysel
BAKU.WS