SİZİN REKLAM BURADA!
055 213 76 73



Xalq artisti Afaq Bəşirqızı İctimai Televiziya ilə birgə Xocalı soyqırımının 27-ci il dönümünə həsr edilən layihəyə imza atıb.


BAKU.WS xəbər verir ki, ssenarisi aktrisanın özünə məxsus “Xocalı laylası” adlı layihə Şəhidlər xiyabanında lentə alınıb. 

Çarxda A.Bəşirqızı tariximizin qanlı günlərindən birini özündə əks etdirən naməlum şəhid məzarı ilə söhbət edir. O, 5 yaşlı körpə qızın ruhu ilə dərdləşir və ona bir söz verir: "Qayıdacaqsan, qızım, Xocalıda evin olacaq...".

Videoçarxın rejissoru Selcan Nəcəfova, operatoru Samir Musayevdir.

BAKU.WS