Xalq artisti Aygün Kazımova ilə keçmiş duet ortağı, müğənni Namiq Qaraçuxurlunun arxiv görüntüləri yayılıb. 

BAKU.WS-in məlumatına görə, hər iki məşhur 2004-cü ildə "SOY" prodakşnın 6 yaşının tamam olması ilə bağlı keçirilən çıxış ediblər. 

Görüntüləri prodakşnın rejissoru Səyavuş Hüseynli "Facebook" hesabında paylaşıb. 

Bir zamanlar duet ortağı olan Aygünlə Namiq tamaşaçıların yaddaşında "Bağlanıram", "Sevirəm", "Dözmədi qəlbim", "Sevdi ürək", "Dedi-qodu", "Mənim deyil" və s. mahnılarla qalıblar. 

BAKU.WS