Xəbər verdiyimiz kimi
, xərçəng xəstəliyindən əziyyət çəkən Ceyran Nəriman ötən gün dünyasını dəyişib.


BAKU.WS-in məlumatına görə, aparıcının vəfatı doğmalarını, sənət dostlarını çox sarsıdıb.

C. Nərimanın itkisi ilə barışa bilməyənlər məşhurlar onu paylaşımları ilə yad ediblər.


Əməkdar artist Aybəniz Haşımova:

"Bu dünyada əlləri boş qalanım... Əslində, deyəcək çox söz var onun haqqında, ancaq indən belə nə mənası var ki... Onsuz da getdi! Bütün deyiləcək hamısı onun gedişinin yanında o qədər sönük qaldı ki... Onun sakit və kirimişcə çıxıb getməsi... Bir çox boş-boş danışanlardan daha çox danışdı... O qədər yüksəkdən söyləyirdi ki, dərdinin ağrısından bəlkə də bütün dünya eşidirdi gün görməyən Ceyranın səsini... Səndən üzr istəyirəm, gözəlim, vəfalım, hamının imdadına qaçanım... Sənə heç bir kömək edə bilmədim. Heyf səndən, dəyərli insan! Allah sənə rəhmət eləsin!"


Əməkdar artist Nicat Kazımov:

"Ceyran dünyasını dəyişdi. Bu sözləri yazmaq olduqca çətindir. Gözəl insan, Allah sənə rəhmət eləsin. Sona qədər xəstəliyini gizlətdin, mən də özümü elə apardım ki, guya, heç nə bilmirəm... Özünü zəif göstərmək istəmədin. Başqalarının problemlərini özününkindən daha mühim bildin. Qısa ömründə, çox yaxşılıqlar etdin. Yerin cənnət olsun!"


Aktrisa Mətanət Əhmədova Eres:

"Əsl dost itkisi çox pisdi, çox ağırdı. Hələ sənin kimi etibarlı, güvənli dost - Ceyran..."


Aktrisa Zümrüd Qasımova:

"Dərdini özü ilə aparan Ceyran... Gözəl insan getdi dünyadan..."


Aktrisa Sonaxanım Əliyeva:

"Ceyranımız da getdi. Heç inanmağım gəlmir. Bu gün gəlirdik hamımız sənə dəyməyə, amma gəlib cənazəni gördük. Heç bir ay deyil ki, sənin ad günündə dedik ki, İnşallah toyuna gələk. Yasına gəldik. Nə deyim, özüm də bilmirəm. Sözün bitdiyi an. Allah sənə rəhmət eləsin. Məkanın cənnət olsun".


Aktyor Faiq Mirzəyev:

"Küsdüm səndən,Ceyran... Özü də bərk küsdüm... Səndən də küsdüm, bu qarımış dünyanın etibarından da... Heç bilmirəm nə yazım, nə deyim... Nə yazmağa əlim gəlir, nə də söz deməyə dilim... Ceyranım,ay Ceyranim! Sen küsmə, gəl, ay Ceyranım! Mən küssəm də eybi yoxdur. Sən, küsmə, gəl, ay Ceyranım... Sən niyə belə getdin axı, ay Ceyran?"


Tarzən, müğənni Humay Qədimova:

"Çox pis xəbər oldu bu. Çox məyus oldum. Uzun illər tanıdığım Ceyran Nəriman vəfat etdi! Allah rəhmət etsin".

Xatırladaq ki, Ceyran Nəriman əmək fəaliyyətinə teatrda başlayıb. Daha sonra isə bir çox media qurumlarında, xüsusilə də uzun illər Space TV-də çalışıb. Son olaraq DTV-də yayımlanan "Birlikdə" verilişinin aparıcısı idi. 

Allah rəhmət etsin! 

Hüseyn Məmmədsalahov
BAKU.WS