SİZİN REKLAM BURADA!
055 213 76 73



Xalq artisti Zabit Nəbizadə həkimlərin səhvinə görə səhhətində xeyli problem yaşayıb.


BAKU.WS-in Oxu.az-a istinadən xəbərinə görə, o, bu barədə aparıcı Nanə Ağamalıyevaya “Şou ATV” proqramında məlumat verib.

Xalq artisti dörd dəfə əməliyyat olunduğunu, son əməliyyatında isə hətta narkoz deyil, “novakain”lə əməliyyat edildiyini və səsinin xəstəxana divarları arasına yayıldığını söyləyib.

“Dörd dəfə buna görə əməliyyat olundum. Birini narkozsuz, “novakain”lə etdilər. Ağrı o dərəcədə hiss olunurdu ki, çığırtımı birinci mərtəbədə eşidənlər yuxarıda nə olduğunu soruşurmuşlar”.

Bel yırtığı olduğu halda xərçəng diaqnozu qoyularaq kimyəvi şüalar verilən Xalq artisti Zabit Nəbizadə bunu Allahın sınağı kimi dəyərləndirib.

BAKU.WS