SİZİN REKLAM BURADA!
055 213 76 73



Canlı yayımda nəfəsi kəsilərək vəziyyəti pisləşən xalq artisti Rafiq Hüseynovun (Rəmiş) ağır xəstəlikdən əziyyət çəkir.


BAKU.WS xəbər verir ki, bu barədə prodüser Tarix Əliyev (Tolik) aparıcılıq etdiyi “Hər şey daxil” proqramında məlumat verib.

Prodüser-aparıcı sənətkarın müalicəsi üçün 10 min manat lazım olduğunu deyərək, kömək üçün imkanlı şəxslərə səslənib:


"Hamıya dəstək olursunuz. Nə olar ki, 10 mindən keçin, verin Rəmiş gedib Türkiyədə müalicə alsın. Düşünürəm ki, bir sənətkarın sağlamlığının əldən getməyini görmək və buna biganə qalmaq insanlığa yaraşmaz. Necə olur ki, kiməsə ev ücün pul yıgırıq, kiməsə xəstəlik ücün pul yığırıq, bəs ilərin sənətkarına kömək etməyə niyə ərinirlər? Sözüm müğənnilərə və o pullu kişilərədir! Gic-gic silikonlu müğənnilərə maşın, ev almaq onlar ücün problem deyil? Sağ olsun Xoşqədəm Baxşəliyeva, Rəmiş müəlimi verilişinə dəvət etdi, amma sənətkar mualicəsinə pul yıgmağa imkan vermədi. Bəlkə elə insanlar çıxar ki, mənimlə əlaqə saxlayıb Rəmiş müəllimi reklamsız müalicəyə göndərər! O da qəbul edər."


Zülfiyyə Qurbanova
BAKU.WS