SİZİN REKLAM BURADA!
055 213 76 73



Müğənni Mətanət İsgəndəlinin evinə gələn qonaq ona hücum edib və saçlarını yolub.

BAKU.WS
xəbər verir ki, Günay Firudinqızının təqdimatında ATV-də yayımlanan "Ulduzlu payızım" verilişinin çəkilişi bu dəfə əməkdar artistin evində baş tutub.


Aparıcının özü ilə çəkilişə gətirdiyi meymun qonaqların, xüsusilə də Mətanət xanımın başına oyun açıb.


İfaçı meymunu qucağına alıb əzizləyərkən gözlənilmədən onun sinəsini cırmaqlamağa, ardınca isə saçlarını yolmağa başlayıb. Günay Firudinqızı əməkdar artisti meymunun hücumundan xilas etməyə cəhd etsə də, bu çox çətinliklə alınıb.


Sözügedən görüntüləri təqdim edirik: 


Zülfiyyə Qurbanova
BAKU.WS