SİZİN REKLAM BURADA!
055 213 76 73



Müğənni Nigar Jamal bir müddət əvvəl yayılan gəlinlik geyimindəki fotolarından bəhs edib. 

BAKU.WS-in məlumatına görə, ifaçı "Instagram" hesabında bildirib ki, hətta qohumları da onun yenidən ərə getdiyinə inanıblar:

"Bu şəkil sosial şəbəkədə yayılandan sonra bir həftənin içində nə qədər anama zənglər gəlib: dostlardan, işçilərdən, adi tanışlardan. Hamı təbrik elədi. Ən gülməli qohumlar da zəng edir dalbadal ki, niyə bizdən gizlətmisiz. Anam bezə-bezə deyir ki, “Nigardı da, həmişəki kimi məzələndi”. İnanmırlar. Anama deyirəm, heç kim görmədi ki, Afaq idman geyimində, Sevda isə Sindirella paltarındadır?".

Qeyd edək ki, Nigar "ATV maqazin onlarla" verilişinin Yeni il çəkilişi üçün gəlinlik geyimində kamera qarşısına keçmişdi. Sözügedən fotoları isə ilk dəfə BAKU.WS yayımlamışdı

BAKU.WS