SİZİN REKLAM BURADA!
055 213 76 73



Sentyabrın 4-də müğənni Yaşar Cəlilovun toyu olub. 

BAKU.WS-in məlumatına görə, toyda bu dəfə müğənninin sevib-seçdiyi Nigar adlı xanım iştirak edib. 

Məşhurların axın etdiyi toyda əməkdar artist Röya Ayxanın gəlişi səs-küyə səbəb olub.

Y. Cəlilov R. Ayxanla videosunu şəxsi "Instagram" hesabında paylaşaraq, ona belə təşəkkür edib:

"Verdiyin dəyərə və şərəfə görə, yaşatdığın sevincə görə sənə sonsuz təşəkkür edirəm. Mən səni çooox sevirəm. Öz adımdan, ailəmin adından sənə təşəkkür edirəm STARIM. Nə yaxşı ki, varsan".

Qeyd edək ki, müğənninin gəlinsiz keçən toyu avqustun 27-də baş tutmuşdu. 

Hüseyn Məmmədsalahov
BAKU.WS