SİZİN REKLAM BURADA!
055 213 76 73



Kikboksinq üzrə bir çox beynəlxalq yarışların qalibi, azərbaycanlı idmançı Emil Məmmədov sevib-seçdiyi xanımla ailə həyatı qurub.

BAKU.WS xəbər verir ki, idmançı "Instagram" hesabında xoş günündən video və fotolar paylaşıb.

"Dostlar, çox sağ olun. Həyatımın ən gözəl günündə mənimlə olan hər bir kəsi çox dəyərləndirirəm" - yazaraq, Emil dostlarına təşəkkür edib.

İdmançının dəbdəbəli toyu şəhər restoranlarının birində baş tutub.

Qeyd edək ki, Emil Məmmədov uzun illərdir ki, Rusiyada yaşayır, amma tez-tez doğmalarını, yaxınlarını görmək üçün Azərbaycana gəlir. O, beynəlxalq yarışlarda iştirakı ilə yanaşı, bir çox məşhurların məşqçisi kimi də tanınır.

BAKU.WS