SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycan Dövlət "Yuğ" Teatrının aktrisası Zümrüd Qasımova istirahətə yollanıb.

BAKU.WS xəbər verir ki, aktrisa ata-baba yurdu olan Qusar rayonunun Düztahir kəndində xoş vaxt keçirir. "Varam kənd həyatına" deyib, qol çırmalayıb iş görən Z. Qasımova maraqlı videolar çəkməyi də unutmayıb.

Saytımıza açıqlama verən aktrisa bunları deyib:

"Qurban bayramını keçirməyə gəlmişəm. Bu gözəl gündə nənəmin, babamın və atamın qəbirlərini də ziyarət etdim. Xatırlayıram ki, uşaqlıqda 3 ay gəıib burada qalırdım. İndi də gəlmişəm, iş görürəm, qutab bişirirəm, toyuqları yemləyirəm".

Z. Qasımova yerkökü yığdığı yerdə çəkdiyi videonu yarı zarafat, yarı ciddi belə şərh edib:

"Aktrisalıqdan, aparıcılıqdan pul qazana bilmirəm, keçmişəm kök biznesinə".

BAKU.WS