Zaur Baxşəliyevin aparıcısı olduğu “Bizimləsən” verilişində maraqlı anlar yaşanıb.

BAKU.WS
xəbər verir ki, verilişin qonağı İlham Mirzəyevin işlətdiyi ifadə aparıcı üçün gözlənilməz olub. 

Layihə çərçivəsində evləndirilən iki gəncə şairə Nazilə Səfərli də dəstək olub. İlham Mirzəyev gəncləri təbrik edərək “Allah onları xoşbəxt və xoşqədəm etsin” sözlərini deyib.

Zaur düşmən münasibətində olduğu həmkarının adını öz verilişində eşidərkən gülməkdən uğunub. Son günlər Xoşqədəm Hidayətqızı ilə qalmaqal yaşayan Nazilə Səfərli də gülməyə başlayıb.

İlham M irzəyev nə baş verdiyini anlamayıb və təəccüblə Zaura baxıb. Zaur gülərək İlhama, “Bir yer var idi, ora qədər yaxşı gəlmişdin” deyərək gülüb.

Zülfiyyə Qurbanova
BAKU.WS