SİZİN REKLAM BURADA!
055 213 76 73


Xalq artisti Rafiq Hüseynov (Rəmiş) haqqında yayılan iddialara cavab verib.

BAKU.WS
axşam.az-ın məlumatına görə, mərhum gitara ifaçısı Rüstəm Quliyevin yaxınları Rəmişi oğurluqda günahlandırmışdı. Onlar sosial şəbəkədə yayılan "Dilbərim" ifasının R.Quliyevə məxsus olduğunu söyləyiblər.

Rəmiş "Xəzər maqazin"ə açıqlamasında belə bir musiqiçi tanımadığını deyib: “O nə mahnıdır ki, nə də ifaçısı olsun? Mən Rüstəm adlı adam tanımıram. Heç bir mahnı haqda da müsahibə verməli deyiləm”.

İfaçı sözügüdən musiqi haqda da danışıb: “70-ci illərdən bəri biz onu toylarda çalmışıq. Balaca uşaqlar da bizdən götürüblər. Heç xəbərim yoxdur ki, onu kim ora qoyub, niyə qoyub. Barmaqlarım da, ürəyim də əla işləyir. Nəyimə lazımdır ki, mənim adımda hansısa musiqiçi mahnı ifa etsin. O məndən yaxşı ifa edə bilər ki?”.

Gitara ifaçısı Rüstəm Quliyevlə dost olduqları iddiasına da cavab verib: “Onu haradan tanıyım. 20-30 yaş fərqimiz var. Özümdən 20-30 yaş kiçik biri ilə nə yoldaşlığım ola bilər ki? Onu axtaran insan getsin baxsın onu kim ora qoyub. Məhkəməyə verir, qoy versin”.

Qeyd edək ki, şikayəti mərhum ifaçının qardaşı oğlu edib.

BAKU.WS