SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün ölkənin ən məşhur prodüseri Tolikin (Əliyev Tarix) doğum günüdür. O, 39 yaşına qədəm qoyur.

BAKU.WS xəbər verir ki, Xəzər televiziyanın əməkdaşları bu münasibətlə ona sürpriz hazırlayıblar.

Səhər tezdən telekanala işə gələn Tolik otağa daxil olarkən atəşfəşanlıqla qarşılanıb.

Tolik sürprizə görə iş yoldaşlarına təşəkkürünü belə bildirib: "Məni ailəize qəbul etdiz və mənim xoş günümdə yanımda oldunuz. Sürpriz üçün çox sağ olun. Mən heç vaxt kollektivdə işləməmişəm, amma sizə çox baqlanmışam. Allah bizi hər zaman mehriban etsin".

Prodüser sosial şəbəkələrdə ona təbrik müsajları yazan izləyicilərinə də təşəkkür edib: "Sizin sayənizdə tanındım, az-çox sevildim. Yaxşı işlərimdə məni dəstəklədiz, pis hərəkətimi üzümə vurub məni deyişməyə vadar etdiz. Çox sağ olun ki, həyatımda varsız"!

Tolik ilk olaraq müğənni Röya Ayxanla işbirliyinə imza atır. 6 illik birgə fəaliyyətdən sonra tərəflər yollarını ayırırlar. Rəqsanə İsmayılova ilə bir çox layihələr edir və məhz Rəqsanə İsmayılovanın məşhurlaşmasında Tolikin çox böyük rolu olmuşdur. Daha sonra Sevda Yəhyayeva, Elton Hüseynəliyev, İlhamə Quliyeva ilə bir çox lahiyələr gerçəkləşdirib. Fasilələrlə Azərbaycanın Xalq Artisti Aygün Kazımova ilə çalışıb. Bir müddət Sevil Sevinc Səfərova bacılarına prodüserlik edirdi. İndi yalnız Elton Hüseynəliyevlə çalışır. Aparıcı kimi ilk olaraq Lider TV-də yayımlanan "Bu bizik" verlişində efirə çıxıb. Hal-hazırda Xəzər TV-də yayımlanan ən reytinqli musiqili-əyləncəli "Hər şey daxil" verlişinin aparıcısıdır.

Zülfiyyə Qurbanova
BAKU.WS