SİZİN REKLAM BURADA!
055 213 76 73



Youtube kanalında xalq artisti Rafiq Hüseynovun (Rəmiş) ifası kimi təqdim olunaraq 4 milyona yaxın baxış toplayan "Dilbərim" mahnısının əsl müəllifi tapılıb.

BAKU.WS xəbər verir ki, bu saxtakarlığı "Xəzər maqazin" üzə çıxarıb.

İfa əslində illər 2005-ci ildə vəfat etmiş gitaraçı Rüstəm Quliyevə məxsusdur. Bu saxtakarlığı mərhum musiqiçinin qardaşı oğlu Kamil ifşa edib.



"Əmimin ifası "Youtube"də Rəmişin şəkli ilə yayılıb və 4 milyondan çox baxılıb. Özü də buna etiraz etmir. Hara gedir bu mahnıdan istifadə edir".

Rüstəm Quliyevin Rəmişin adı ilə milyonlarla baxış toplamış "Dilbərim" ifasını bu videodan dinləyə bilərsiz:


BAKU.WS