SİZİN REKLAM BURADA!
055 213 76 73



Müğənni Gülya Bakinskaya Lider TV-də yayımlanan "Yarasa" gecə şousu səsləndirdiyi sözlərin böyük-əks səda doğurmasından sonra tənqidlərə məruz qalıb.

BAKU.WS-in məlumatına görə, müğənni bu məsələyə sosial şəbəkədə paylaşdığı video ilə aydınlıq gətirib.

"Məni təhqir edirlər. Mən o söz demişəmsə, başqa yerə yozmayın. Mən özümə hörmət edən insanam. Mən illərin sənətçisiyəm. Sənətimdən, səsimdən danınışın".

Xatırladaq ki, müğənni verilişdə "Mən danışanda qurtara bilmirəm. Türkün məsəli" sözlərini işlətmişdi. Bu zarafat studiyada gülüşə səbəb olmuşdu.

Abbas
BAKU.WS