SİZİN REKLAM BURADA!
055 213 76 73



"Ata-anama nəsə deyəcək, mən baxacam onun üzünə?! Arvadımı döymüşəm, atasını da yandırmışam. Olanı deyirəm, nə yalan deyim".

BAKU.WS məlumatına görə, bu sözləri müğənni Əli Mirəliyev ARB TV-də yayımlanan “Səhər-Səhər” verlişində dilə gəitirib.

"Qadına şiddət" mövzusunda müzakirə aparılarkən fikirlərini bölüşən sənətçi qadına əl qadırmağa meyilli olduğunu söyləyib:

"Yalandan efirdə deyim ki, yox biz mehribanıq? Evdə ər-arvad bir-birini yola verirsə, o normal ailə deyil. Gedirsən evdən kənarda çalışırsan, işləyirsən min söz-söhbət eşidirsən, üzün danlanır. Sonra gəlirsən evə. Bir də evdəki pulunu alandan sonra qan uddurur. Deyirəm, eləsinin ağzının üstünə bir dənə sillə vur”.

Rəşad Əliyev
BAKU.WS