SİZİN REKLAM BURADA!
055 213 76 73



Aparıcı Lalə Azərtaş "ATV səhər" verilişindən gedib.

BAKU.WS axşam.az-a istinadən xəbər verir ki, artıq bir neçə gündür ki, səhər saat 08:00-da başlayan proqramda o, yer almır.

Onun yerinə isə verilişi əməkdar artist Əkbər Əlizadə ilə birlikdə Jalə Həsənli aparır.

Qeyd edək ki, L.Azərtaş 5 illik fasilədən sonra bu ilin yanvarından səhər efirinə qayıtmışdı. O, əvvəl proqramı tək aparsa da, sonradan Ə.Əlizadə ilə birlikdə efirə çıxıb.

BAKU.WS