SİZİN REKLAM BURADA!
055 213 76 73



Məşhur bəstəkar-müğənni və iş adamı Emin Ağalarov Rusiyanın Kemerevo vilayətindəki əyləncə mərkəzindəki yanğında həlak olan 64 nəfərin ailəsinə maddi yardım edəcək.

BAKU.WS xəbər verir ki, Emin 5 şəhərdə verdiyi konsertdən əldə etdiyi 15 milyon rubl gəliri faciə qurbanlarının ailələrinə ayırıb. Bu barədə o, İnstaqram hesabında məlumat verib:

“Kemerovda baş vermiş dəhşətli faciəyə biganə qalmaq qeyri-mümkündür. Buna görə mən yanğından sonra köməyə ehtiyacı olan qurbanların və yaralanan şəxslərin ailələrinə pul yardımı etmək qərarına gəlmişəm. 5 şəhərdə konsert vermişəm və hər bir konsertdən 1 milyon rubl gəlirim olub.
Bu isə 5 milyon rubl deməkdir. Gəlirimi Müslüm Maqomayev adına Fonda göndərirəm. Bundan əlavə, atam Araz Ağalarov başda olmaqla dostlarımla birlikdə 15 milyon rubl toplamışıq və toplamağa davam edirik”.

Emin Ağalarov martın 28-də Tümendə keçirməyi planlaşdığı konsertini təxirə saldığını da vurğulayıb.

Sizdə bizimlə birgə köməklik etmək istəyirsinizsə, pul köçürülməsi üçün rekvizitlər aşağıdakılardır:

Alıcıının adı : Фонд Муслима Магомаева
ИНН 5024111774
КПП 502401001
Hesab: 407 038 107 0002 000 0063
Bank: КБ “Крокус-Банк” (ООО)
Krasnoqorsk ş, Moskva vilayəti
БИК 044525881
Müxbir hesab: 30101810445250000881
Ödəmənin məqsədi: Xeyriyyə fəaliyyətinə hədiyyə (Kemerovo)

Rəşad Əliyev
BAKU.WS