SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda yeni “ECAZ” art&hobby shop mağazası fəaliyyətə başlayıb. Geniş çeşidli və keyfiyyəti ilə seçilən bu məhsulları əldə etməyə tələsin!

“ECAZ” art&hobby shop mağazasının açılışı bu qışın ən gözlənilən hadisələrindən biri oldu.

Bu məkandan daxili dünyalarını fırça ilə kağızlara həkk edən rəssamlar və tələbələr Avropa istehsalçılarının yüksək keyfiyyətlə hazırladıqları məşhur boyaları, müxtəlif ölçülü fırçaları, həmçinin kətan və rəssamlıq üçün lazım olan bir çox əşyaları əldə edə bilərlər. Dünyanın məşhur brendləri məhz “ECAZ” art&hobby shop mağazasında toplanıb. Onların sırasında Pebeo, Maimeri, Marabu, Lyra, Giotto, Canson, Cadence, Nevskaya Palitra, Art Secret, Rosa kimi brendlər yerlərini tutub.
Yaxın zamanda isə “ECAZ” art&hobby shop mağazası müştərilərinə Botz, Old Holland, Fabriano, Copic İmagimation İnternational, Urban&Sachs, Sennelier markalarının da keyfiyyətli məhsullarını təqdim edəcək.
Paytaxtımıza özünəməxsus ahənglik qatan “ECAZ” art&hobby shop mağazası Fidan Nəbizadə və Maral Mustafayeva bacılarına məxsusdur. “ECAZ” art&hobby shop mağazası müştərilərinə təqdim etdiyi bütün brendlərin rəsmi distribütorudur.
“ECAZ” art&hobby shop mağazasının açılışına məşhur simalar, ziyalılar və öz sahəsinin peşəkarları axın edib. Açılış mərasimində iştirak edən mağaza sahibi Fidan Nəbizadə öz təəssüratlarını bölüşüb, bunları söyləyib: “Mağazada satılan ləvazimatlar həm rəssamlar, həm də hobbi ilə məşğul olan insanlar üçün nəzərdə tutulub. Bəzən müştəri məhsulu alarkən istifadə qaydasına diqqət yetirmədiyi üçün səhv istifadə edir. Müştəri bizə müraciət etdikdə biz də öz tərəfimizdən istifadə qaydası ilə bağlı köməklik göstəririk. Bu kimi hallarda müştərinin köməyə ehtiyacı olarsa mağazamıza yaxınlaşaraq suallarını ünvanlaya bilər".
Mağazada Türkiyə, İtaliya, Fransa, Almaniya, Rusiya və Ukraynadan olan bir çox brend markalar toplaşıb: "Məhsulları almaq istəyənlər mağazamıza tələssinlər!"
Maral Mustafayeva brendlərlə maraqlanmaq istəyən şəxsləri mağazaya dəvət edərək onların həmin məhsulları test edə biləcəklərini dilə gətirdi: “Burada həm də rəssamlığa həvəsi olan şəxslərə master klassların keçirilməsi nəzərdə tutulub. Elə müştərilər var ki, onlar istədikləri məhsulu seçməkdə çətinlik çəkirlər. Biz onlara yardım əlimizi uzadaraq, öz məsləhətlərimizi veririk”.
Siz də Avropa keyfiyyətli məhsullar əldə etmək istəyirsinizsə, o zaman yolunuzu sizə böyük seçim və imkanlar yaradan “ECAZ” art&hobby shop mağazasından salın!

Ünvan: Heydər Əliyev prospekti, 66/68
Əlaqə: +994125142904 | +994502051178

https://www.facebook.com/Ecaz.az/
https://www.instagram.com/ecaz.az/