SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Sabah Kiyevdə "Eurovision-2017” mahnı yarışmasının biletlərinin satışana start veriləcək.

BAKU.WS xəbər verir ki, Ukraynanın birinci milli telekanalının məlumatına görə, biletlərin qiyməti 8 avrodan 500 avroyadək olacaq. 70 minə yaxın bilet mahnı müsabiqəsinin 9 konsertinə - 6 məşq, iki yarımfinal və final konsertlərinə satılacaq.

Xatırladaq ki, müsabiqənin yarımfinallarının mayın 9-da və 11-də, final yarışmasının mayın 13-də Kiyevdə keçirilməsi planlaşdırılır.
 
BAKU.WS