SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Müğənni kimi efirə çıxan Vüsalə Rəcova aparıcılıq fəaliyyətini bir müddətdir dayandırmasını səbəbsiz olmadığını bildirib.  

Müğənni BAKU.WS saytına bildirib: "Əvvəlki verlişlərdən fərqli ampluada bir verlişin aparıçısı olmaq istəyirəm. Mən təkrarçılığı sevmirəm. Bəzi verlişlərə fikir verirəm, görürəm kİ,  aparıcı qonağa danışmağa imkan vermir. O verlişdə ki özümü görmürəm, orda iştrak etmərəm. Aparıcı kimi bir sıra təkliflər almışam. Amma razılaşmadım. Amma musiqili gecə verlişi haqda düşünürəm”.

Həmkarları arasında qalmaqalları birmənalı qəbul etməyən Vüsalə Rəcova özünü dedi-qodulardan qorumağa çalışır:

"Qalmaqal olan yerdə mən yoxam. Əgər anti-reklamla iki günə məşhur olacamsa, onda bu mənə lazım deyil. Məsələ bundadır ki, qalmaqal edib, bunu ictimailəşdirən bəzi müğənnilər iki gündən sonra barışıq elan edirlər.Ya dalaşmayın, ya da gerçək olun, barışmayın. Xırda söhbətlərə getmirəm. Amma heç kimə də imkan vermirəm ki, şəxsi həyatımı müzakirəyə çevirsin”.

Səyahətə çıxmağı düşünən V.Rəcova, "oğlumun dərslərinin bitməsini gözləyirik.  İstirahətə ehtiyacım var. Buna qədər isə albomumu hazır edib, "Çarəsi yox” adlı mahnıma klip çəkdirməyi düşünürəm” – deyə, bildirdi.

BAKU.WS