SİZİN REKLAM BURADA!
055 213 76 73


Tez-tez sosial media paylaşımları və açıqlamaları ilə gündəmə gələn, Türkiyənin məşhur müğənnisi Yıldız Tilbe bu dəfə yeni hobbisi ilə diqqətləri üzərinə çəkib.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, Tilbe səhnədə geyindiyi ayaqqabı və başmaqları rəngləyib.

O, Belçikadan 1500 lirəyə (təxminən 80 manat) aldığı adi ağ idman ayaqqabısını boyayaraq konsertə çıxıb.

Məşhur müğənni ötən gün 30 min lirə (təxminən 1583 manat) dəyərində dünyaca məşhur brendə məxsus başmaqlarını da rəngləyib.

Qeyd olunur ki, ayaqqabı markaları Yıldız Tilbeyə "Məhsullarımızı sizə göndərsək, onları da boyayarsınızmı?" təklifləri etməyə başlayıb.

BAKU.WS