SİZİN REKLAM BURADA!
055 213 76 73


“Cəmi iki ay ailəli olmuşam. Toydan iki ay sonra ayrıldım”.

BAKU.WS "axşam.az"a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Sevinc Əliyeva verilişlərin birində deyib.

“O vaxt elə deyildi ki, kimsə kimisə tanısın. Gözüyumulu ailə qururduq. Evdən deyirdilər ki, getməlisən, vəssalam. Qız toyum oldu. Ayrıca da, oğlan toyu oldu. Bəy uzaq qohum idi. Mənə şərt qoydu ki, ya atanın evi, ya bura. Mən də ata-anamı atmazdım. Döydü məni, ayrıldım. Onda 19 yaşım var idi”, - deyə aktrisa vurğulayıb.

BAKU.WS