SİZİN REKLAM BURADA!
055 213 76 73


2023-cü il şou-biznes əhlinin yaşadığı bir sıra qalmaqallar və başlarına gələn bədbxət hadisələrlə yadda qaldı. Kimisi yeni mahnılar yazdırıb yeni kliplər çəkdirib reytqinləri darmadağın edərkən, kimisi də özünün yaxud da ailəsinin başına gələn bədbəxt hadisələrlə mübarizə aparmalı oldu. 2023-cü ildə yeni layihələri ilə daha çox Xalq artistləri Aygün Kazımova ilə Röya Ayxan diqqət çəkdi. Müğənni Üzeyir Mehdizadənin mahnılarının yerləşdirildiyi yutub sosial platforması isə 1 milyarddan çox baxış sayı toplaması ilə müzakirələrə səbəb oldu.

BAKU.WS 2023-cü ilin ən yadda qalan şou xəbərlərini öz oxucularına təqdim edir:

Yeni ilin ilk ayında Xalq artisti Röya Ayxan pərəstişkarlarını 3 günlük (27-28-29 yanvar) solo konsertlə sevindirdi. Konsert yeni lazer işıqlar, dekorasiya, hər mahnıya qurulan səhnəcikləri ilə ajiotaj yaratdı. Sənətçi ilk gün həmkarı Cinlə “Bəzən” adlı duetini təqdim etdi. Estradamızın sevilən ulduzunun sentyabrda verdiyi konsertində robotla səhnəyə çıxması ilin müzakirə edilən mövzularından oldu. İfaçının “14/41” adlı albomu işıq üzü gördü, “14/41” “Apple Music”də Azərbaycan üzrə ən çox yüklənən albom adına sahib oldu.

2023-cü ilin mart ayı isə şou aləmində yaradıcı hadisələrdən çox, qəza hadisələri ilə yadda qaldı. Məhs mart ayında şou aləminin başının üzərini qara buludlar aldı. Belə ki, Novruz bayramında tanınmış prodüsser Oqtay Əliyev, onun xanımı, Əməkdar artist Dilarə Əliyeva və Xalq artisti Mehriban Zəkizadə dəhşətli qəzaya düşdülər. Oqtay Əliyevin idarə etdiyi “Leksus 4.7” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşdı. Qəza nəticəsində Oqtay Əliyev dünyasını dəyişdi. Avtomobildə olan xalq artisti Mehriban Zəki yaralandı, Dilarə Əliyeva isə yüngül xəsarətlərlə xəatəxanaya yerləşdirildi. Qəzaya səbəbin mərhumun bağ evindən gəldiyi onun sükan arxasında qəfil ürəyi tutması nəticəsində idarəetməni itirməsi olduğu bildirildi. Oqtay Əliyevin nəşi “Qurd qapısı” qəbiristanlığıda dəfn edildi.

Tanınmış rəqqasə Fatimə Fətəliyevanın köməçisi Aytac Bayramzadə də bu ilin martında qəza keçirdi. Azadlıq prospektində yerləşən "Kratos" restoranından çıxarkən, yolu əks istiqamətə keçmək istəyən zaman onu minik avtomobili vurdu. Fətəliyeva mətbuata açıqlamasında, Aytacın qəzadan sonra beyninin silkələndiyini, oyansa, qan sıza biləcəyini bildirdi. Aytac bir neçə gün xəstəxanada yatdıqdan sonra səhhəti yaxşılaşaa evə buraxıldı.

Müğənni Manaf Ağayevin oğlu Müşfiq Ağayev də martda həbs edildi. Müşfiq  avtomobil idarə edərkən təhlükəsizlik kəməri taxmadığı üçün polis əməkdaşları tərəfindən saxlanıldı. O çox ağır şəkildə sərxoş olub və polislərlə mübahisəyə girişərək onları ağır formada təhqir edib. Onun haqqında  protokol tərtib olunub, bundan əlavə, faktla bağlı məlumatlar məhkəməyə təqdim edildi. Səbail rayon məhkəməsinin qərarı ilə Müşfiq Ağayev 5 sutka həbs edilib daha sonra azadlığa buraxılıb. Bu barədə açıqlama verən sənətçi övladının səhv etdiyini, cəzasını çəkdikdən sonra azadlığa buraxıldığını qeyd edib.

Xalq artisti Aygün Kazımova 2023-cü ildə layihələri ilə diqqət çəkən məşhur oldu. “Dəyməzmiş”, “Vəfasızlar Unudulmur”, “Parol” kimi hit mahnılar təqdim etdi. Kazımovanın “Parol” mahnısı rəqəmsal platformalarda dinlənmə rekordu qırdı. Xalq artistinin ifası “Apple music”də Azərbaycan üzrə ən çox yüklənənlər sırasında birinci oldu. İfaçı ili "Bilmək Olmaz" adlı yeni mahnı və kliplə başa vurdu. Klipin süjet xətti ilə Hollivud filmlərini xatırladıb. Müğənninin tərəf müqabili Peris Hiltonun tanınmış fotomodeli Marian Draqan olub. "Bilmək Olmaz" ilk gündən sevilərək trendə düşdü. Türkiyədə çəkilən klipdə 100 nəfərdən çox adam çalışıb.

Türkiyəli müğənni Ebru Gündeşin Şəmkirdə şəxsi villadakı toyda iştirak etməsi də ilin müzakirələrə səbəb olan hadisələrindən oldu. Ebru kiçik toy məclisində canlı orkestr ilə çıxış etdi. Sənətçinin meneceri təşkilatçılardan 250 min dollar qonorar aldı. O, eyni zamanda Azərbaycana gəlmək üçün özəl təyyarə istifadə edəcəklərini dedi. Yerli mətbuatda yer alan xəbərlərə görə məclisi təşkil edən şəxs tanınmış iş adamı Aydın Musayev olub. O, oğlu Raminin 3 övladına kiçik toy edib. A.Musayevin Rusiyada iri ticarət mərkəzləri və biznesləri var.

Model Razi Əliyevanın sevgilisi Ziya Hüseynzadə tərəfindən döyülməsi ilin ajiotaja səbəb olan hadisələrindən biri kimi yadda qaldı. O instaqramda video yayaraq sevgilisinin onu sutkalarla döyüb bıçaqla işgəncə verdiyini dedi. Razi onu da bildirdi ki, sevgilisi gizli şəkildə başqası ilə nikaha girib, sonra üç dəfə modelə evlilik təklif edib. Sevgilisi Razini 13-cü mərtbədən aşağı atmaq istəyib. Modelin bu iddialarından sonra onun Ziya Hüseynzadə tərəfindən fiziki zorakılığa və digər qanunazidd hərəkətlərə məruz qalması barədə məlumatlar polis tərəfindən araşdırılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsilə cinayət işi başlanılıb, Z.Hüseynzadənin cinayət törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən bu gün həbs edilib. Razi Əliyeva isə bir müddət əvvəl sevib-seçdiyi bəylə nikaha girib. Cütlüyün toyu dekabrda paytaxtda yerləşən dəbdəbəli restoranların birində baş tutub.

2023-cü ilin qalmaqallı xəbərləri arasında müğənni Doğuşun aparıcı həyat yoldaşı Xoşqədəm Hidayətqızına xəyanət etməsi ilə bağlı iddialar da yer aldı. Esra Çömelek adlı qadının Türkiyədə efirə çıxaraq müğənni Doğuşla bir müddət münasibət qurduqlarını və dini nikahda olduqlarını söyləməsi gündəmi silkələdi. Aparıcı Xoşqədəm Hidayətqızı ilə 9 ildir evli olan Doğuşun bu addımı hər kəsi təəccübləndirdi. Qadın Doğuşla 2020-ci ildə tanış olub eşq yaşadığını və 3 ay birlikdə olduğunu bəyan etdi. O Doğuşla çəkilən fotolarını da sübut kimi efirdə nümayiş etdirdi. Hadisədən xəbər tutan Xoşqədəm Hidayətqızı qadının bu sözləri söylədiyi verilişin aparıcısını məhkəməyə verdi. Sonra türk aparıcı Xoşqədəm Hidayətqızından efir vasitəsilə üzr istəyərək hər şeyin yanlış anlaşılma olduğunu vurğuladı.

Bu il müğənni Üzeyir Mehdizadənin şəxsi yutub kanalında kliplərinin baxış 1 milyard izlənməni ötdü. Sənətçinin “Uzeyir Mehdizade Official” adlı aknalı bu platformada baxış sayı 1 milyardı keçən ilk Azərbaycan rəsmi kanalı oldu. İfaçını 2,06 milyondan çox abunəçisi olan kanalda 311 video yerləşdirilib. 2020-ci ilin yanvarında yutub video portalı kanal abunəçilərinin sayı 1 milyona çatan Ü.Mehtizadəni “qızıl düymə” ilə mükafatlandırıb. 31 yaşlı Ü.Mehtizadənin ondan çox albomu buraxılıb. O, Azərbaycan, Türkiyə, Almaniya, Rusiya, Özbəkistan, Qazaxıstan, Ukrayna və başqa ölkələrdə solo konsertlər verib.

İnstaqramda videoları ilə məşhulaşan bloger Nicat Mütəllimov bu il faciəvi şəkildə avtomobil qəzası keçirdi. Hadisə Heydər Əliyevprospektində yaşandı. N.Şakirli idarə etdiyi “Porsche” markalı avtomobili ilə TIR-a çırpıldı. Qəza nəticəsində 1 nəfər öldü, 1 nəfər ağır xəsarət aldı. Xəsarət alanlar-29 yaşlı Nicat Şakirli sağ yuxarı ətrafın dirsəkdən amputasiyası, 23 yaşlı Fəxri Rüstəmov isə sağ əlin kəsilmiş yarası diaqnozu ilə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə təxliyə olundular. Vəfat edən Ruslan Məmmədov Gəncədə torpağa tapşırıldı. Yerli mətbautda yayılan xəbərlərə görə, Ruslan Gəncədəki “İmperial şadlıq sarayı”nın sahibi Şahin Məmmədovun oğludur. Xəstəxanada qolu amputasiya olunan Nicat uzun müddətli müalicələrdən sonra xəstəxanada evə buraxıldı. Onun işi Ağır cinayətlər məhkəməsinə göndərildi.

Bu il dünyaca məşhur müğənni Adel azərbaycanlı modelyer-dizayner Rüfət İsmayılın kolleksiyasına müraciət etdi. Sənətçi yaşıl libasdakı fotolarını 55 milyonluq instaqram səhifəsində paylaşdı. Daha əvvəl müğənni Beyons, Ariana Qrande, türkiyəli aktrisa Nebahat Çehre öz geyimlərinin hazırlanmasında Rüfət İsmayılı seçiblər.

BAKU.WS