SİZİN REKLAM BURADA!
055 213 76 73



"Nargis” Nəşriyyat Evinin yaradıcısı Ülviyyə Mahmudova yeni fotosessiya etdirib. 

BAKU.WS axşam.az-a istinadən ın məlumatına görə, fotolar "nargismagazin.az” saytında yer alıb. 
 
Ü.Mahmudova 2016-cı illə bağlı xatirələrini bölüşüb:
 
"2016-cı il mənim üçün yaxşı keçdi, onu belə də xatırlamağa çalışıram. Ən yaddaqalan Yeni ili 19 yaşımda keçirmişəm. Nənəmin bağında hamı yığışmışdı. Çox əyləncəli və dadlı bayram idi. Möcüzələrə inanıram. Əgər inanmasan, yaşamaq çətinləşər”.
 
Ü.Mahmudova 2017-ci il arzularını da dilə gətirib:
 
"Hər kəsə arzum budur ki, xırda narahatçılıqlara fikir verməməyi öyrənsinlər. Hər xırda hadisəyə görə narahat olmasınlar, həyatın qədrini bilsinlər. Taleyimizə təşəkkür edək ki, yanımızda bizə yaxın, sevimli insanlar var. Onları qucaqlayıb və nə qədər sevdiyimizi deyə bilirik".
 
Aysel.Ş
BAKU.WS