SİZİN REKLAM BURADA!
055 213 76 73


1999-cu ildə məşhur futbol ulduzu Devid Bekhemlə evlənən və 4 övladı olan Viktoriya Bekhem "Netflix"in yeni "Bekhem" sənədli filmində danışdıqları ilə gündəmə gəlib. 

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, "Spice Girls" musiqi qrupu dağıldıqdan sonra moda dünyasına qoşulan Viktoriya Bekhem "İkimiz də zəhmətkeş ailələrdənik. Ailədə hər kəs çox işləyir. Biz fəhlə ailələrindənik" deyib.

Bu zaman Devid Bekhem otağa daxil olub və söhbətə müdaxilə edərək deyib:

"Dürüst ol. Atan səni hansı maşınla məktəbə aparardı? Bircə cavab ver, atasının maşınının markası nədir?".

Viktoriya Bekhem "Atamın 80-ci illərdə "Rolls Royce" avtomobili var idi" - deyə, cavab verib.

Həmçinin Viktoriya ilk dəfə Devidin 2003-cü ildə mümkün xəyanətinə görə yaşadıqları kabusdan və çətin günlərdən danışıb.

Xəyanət iddiaları Bekhem 2003-cü ildə "Real Madrid"də oynayarkən ortaya çıxıb.

Bekhemlər ailəsi həmişə xəyanət iddialarını rədd edib. Lakin indi onlar münasibətlərini xilas etmək üçün necə mübarizə apardıqlarından bəhs ediblər. 

"Bu, ən çətin dövr idi, çünki bizə elə gəlirdi ki, bütün dünya bizə qarşıdır. Məsələ burasındadır ki, tam düzünü desəm, biz bir-birimizə qarşı idik", - deyə 49 yaşlı Viktoriya qeyd edib.

BAKU.WS