SİZİN REKLAM BURADA!
055 213 76 73


Gülay Zeynallının yeni klipi haqda məlumat atıram. Kimə uyğundursa, yayımlasın, zəhmət olmasa.

BAKU.WS xəbər verir ki, müğənni Gülay Zeynallı yayın qızmar günlərində istilərdən çəkinmədən kamera qarşısına keçərək sevənləri üçün yeni mahnısına klip çəkdirib.

“Məktub” adlı mahnıya paytaxtın müxtəlif məkanlarında 48 saat çəkiliş gedib.

Çəkilişlər qapalı və açıq hava altında gerçəkləşib. Ekran işində ifaçı bir neçə fərqli obrazda kamera qarşısına keçib.

Müğənninin obrazı, saç və makiyajı üzərində peşəkar komanda çalışıb.

Musiqisi Tərlan Məmmədhüseynov, sözləri Orxan Mürvətliyə aid olan mahnı bir neçə günə tamaşaçıların ixtiyarına veriləcək.

Klipin rejissoru Delee Orucludur.

BAKU.WS
VİDEO