SİZİN REKLAM BURADA!
055 213 76 73


Xalq artisti Emin Ağalarov həyat yoldaşı Alyona Qavrilovanı ad günü münasibətilə təbrik edib.

BAKU.WS xəbər verir ki, o, şəxsi instaqram hesabında Alyona ilə fotolarını paylaşaraq ona ürək sözlərini bildirib:

"Ad günün mübarək sevgilim. Bacardığım qədər səni planetin ən xoşbəxt qadını etməyə çalışacağam. Möhtəşəmsən".

Qeyd edək ki, Ağalarov və Qavrilovanın toyu 2018-ci ildə keçirilib. Nikah mərasimini Andrey Malaxov aparıb, qonaqlar arasında Hollivud ulduzu Stiven Siqal da olub. Cütlüyün bu evlilikdən Afina adlı bir övladı var.

Alyona Qavrilova müğənnidən əvvəl rusiyalı iş adamı, "Russkiy standart" holdinqinin sahibi Rüstəm Tariko ilə vətəndaş nikahında yaşayıb. Onların birgə nikahdan bir oğlu var.

BAKU.WS
VİDEO