SİZİN REKLAM BURADA!
055 213 76 73



 


Teleparıcı Zemfira Adıgözəlova yeni fotosessiya etdirib. 

BAKU.WS xəbər verir ki, aparıcının yeni şəkilləri öncəkilərdən fərqli olub. O mənada ki, Z.Adıgözəlova at belində şəkillər çəkdirib.

Z.Adıgözəlova çəkilişlə bağlı təəssüratlarını bölüşüb:

"Fotosessiya üçün seçdiyim atla bağlı mənə xəbərdarlıq etdilər, kaprizli olduğunu söyləyib, onunla çəkiliş etməyi məsləhət bilmədilər. Lakin atın rəngi, gözəlliyi və geyimimə uyğunluğu baxımından israrla onu istədiyimi dedim. Çəkilişin əvvəli rahat keçsə də, sonrakı prosesdə at kaprizlərini göstərməyə başladı. Atın yəhərini əlimdə saxlaya bilmirdim, qaçmaq istəyirdi. Sən demə, mən mərkəzdə olan ən ehtiraslı atı seçmişəm. O, çəkiliş prosesini tərk edib, dişi atların yanına getmək istəyirdi. Çətinliklə də olsa, fotosessiyamızı uğurla yekunlaşdırmağı bacardıq”.

Teleaparıcının makiyajı üzərində stilist Nura Babayeva çalışıb.
 
Fotoların müəllifi Ruslan Teymurlatovdur.
 
BAKU.WS