SİZİN REKLAM BURADA!
055 213 76 73


Müğənni Azad Şabanov həyat yoldaşını doğum günü münasibəti ilə təbrik edib.

BAKU.WS xəbər verir ki, sənətçi bu barədə instaqram hesabında yazıb.

“Mənim arzum idin və gerçək oldun. Bizim arzularımız birdir və qismətin payı ilə öz yerinə gəlir. Hər uğurumuza və çətinliklərimizə şükür. Təki sən yanımda sağlam olasan, diqqətimi gözləyəsən, arada məndən inciyəsən. Fikirlərimi, hər baxışımı bilənim, məni hamıdan yaxşı tanıyan gözəlim. Mənim incə zərif qızım, üzün həmişə gülsün, gözlərin daima parıldasın. Xoşbəxt ol. Ad günün mübarək, sevgim”.

Qeyd edək ki, Şabanov 2019-cu ildə ailə qurub. Onların bu nikahdan iki oğlan övladı var.

BAKU.WS