SİZİN REKLAM BURADA!
055 213 76 73


Səhnələr, efirlər, bir sözlə, şou-biznes nümayəndələrinin olduğu heç bir yer söz-söhbətsiz, hadisəsiz ötüşmür. Bu dəfə mikrofonuna göz dəyən, ayağı büdrəyən, ətəyi düşən məşhurların başına gələn ekstremal vəziyyətlərdən danışacağıq. Görəsən, şou nümayəndələrindən Kim? Harada? Hansı vəziyyətdə pərt olub?

BAKU.WS xəbər verir ki, bu dəfə məşhurlar "Şourum" mikrofonuna başlarına gələn ən ekstremal vəziyyətlərdən danışıblar. Həmin tanınmışları oxuculara təqdim edirik:

Sözügedən ekstremal vəziyyətlərdən biri Əməkdar artist Vəfa Zeynalovanın başına gəlib. O, tamaşada oynayarkən tərəf müqabili onun uzun ətəyinin üzərində əyləşib. Bu zaman aktrisanın ətəyi əynindən düşüb.

Müğənni Zamiq Hüseynov da səhnədə ekstremal hal yaşayan sənətçilərdəndir. Belə ki, konsert zamanı ifaçının mikrofonu işləməyib, o cümlədən soyuqda konsert verdiyi üçün dondurmadan musiqi aparatları işləməyib. 

Toylardan birində Əməkdar artist Vasif Məhərrəmlinin ayağı altında stəkan qırıqları qalıb. Yıxılmaq təhlükəsi ilə üz-üzə qalan sənətçinin şalvarı cırılıb.

Sorğuda məşhur aparıcılarımız da iştirak ediblər. Onlar arasında Tural Əsədov, Leyla Quliyeva olublar. Aparıcılarımız təqdimat zamanı sıralamanı səhv saldıqlarını və mətni unutduqlarını etiraf ediblər.

Ətraflı videoda:

BAKU.WS
VİDEO