SİZİN REKLAM BURADA!
055 213 76 73


Xalq artisti Aygün Kazımova maraqlı addımı ilə gündəmə gəlib.

BAKU.WS xəbər verir ki, sənətçi onun mahnılarını bəyənən Qarabağda hər iki gözünü itirən FHN işçisi Süleymana zəng edib.

Buna səbəb Süleymanın Kazımovanın "Gecələr keçir" mahnısını çox sevdiyini bildirməsi olub. Həmin videonu izləyən ifaçı qazinin nömrəsini taparaq ona zəng edib. Sənətçi onun üçün telefonda mahnını canlı ifa edib.

Həmin an lentə alınan görüntülər video sosial şəbəkədə paylaşılaraq böyük rəğbətlə qarşılanıb. 

Kazımova deyib ki, hazırda Bakıda deyil, qayıdanda Süleymanı xəstəxanada ziyarət edəcək. 

BAKU.WS
VİDEO