SİZİN REKLAM BURADA!
055 213 76 73



Əməkdar artist Röya Ayxan da İstanbulda "Demokratiya və şəhidlər” mitinqində iştirak edib.

BAKU.WS xəbər verir ki, 5 milyon insanın iştirak etdiyi mitinqə qatılan müğənni təəssüratlarını "İnstagram” bloqunda böılüşüb.

"Bu gün qardaş Türkiyə birlik nümayiş etdirdi. Buna çox sevindim, çünki bu birlikdə əl-ələ idik. 6 milyona yaxın insan və təbii ki, bütün ulduzlar çiyin-çiyinə idi. Mənzərə möhtəşəm idi. Bir də dalğalanan Türkiyə bayraqları arasında Azərbaycan bayrağını da görmək çox qürurverici və şərəfli hiss idi. Ən yadda qalan an isə imperatorun (İbrahim Tatlısesi nəzərdə tutur-red) əlimi tutub, "mahnılarını göndər, mən də qulaq asım” - deməyi idi. Bu arada, məni ona Özcan Deniz təriflədi. Nə gizlədim, mənə çox xoş oldu. 

Qeyd edək ki, avqustun 7-də  "Demokratiya və şəhidlər” mitinqində ölkə prezidenti, Böyük Millət Məclisinin sədri, baş nazir,  müxalifət partiyalarının liderləri və hərbi rəhbərlər, həmçinin Xİ prezident Abdullah Gül, keçmiş baş nazir Tansu Çillər, iş, sənət idman dünyasının tanınmış şəxsləri də iştirak ediblər.
 
BAKU.WS