SİZİN REKLAM BURADA!
055 213 76 73


Müğənni Natavan Həbibi həmkarları barədə qalmaqallı açıqlama verib. 

BAKU.WS xəbər verir ki, sənətçinin efirlərə qonorar istəyərək çıxması bəzi şou nümayəndələrinin narazılığına səbəb olub. Onlar birmənalı şəkildə Natavan və qonorar istəyən digər həmkarlarını qınayıblar.

Ötən gün müğənni Nadir Qafarzadənin isə Həbibi haqqında "Mən Natavan gəlin olanda qabağında diz çöküb oynamışam, amma o mənim oğlumun toyunda iştirak etmədi" sözlərini söyləməsi onu daha da qəzəbləndirib.

Natavan bütün bunlara cavab olaraq qalmaqallı açıqlama verib. O, şou nümayəndələrinə sərt şəkildə xəbərdarlıq edib:

"Mənə əziz olmayan şou əhli, sözüm sizədir: Gedin heç kimə lazım olmayan işinizlə məşğul olun. Qudurmayın! Dostluq etmək, məclisə qatılmaq istəmədiklərim - özünüzə hörmət qoyun. Kamera qarşısında şirə dönməyin. Hamınızı tanıyırıq. Mənim efirlərə çıxmağımın ilk səbəbi siz olacaqsınız. Sizi tanımayanlara tanıdacam. Daha maskalarınızı çıxarın".

BAKU.WS
QALEREYA